EN

Kiyev bir qarış torpağından belə imtina etməməlidir



Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfinə İstanbulda Türkiyənin vasitəçi ilə atəşkəs danışıqlarına başlamağı təklif edib. Putinin bunu təklif etməsinin əsasən 3 səbəbi var. Birincisi, Rusiyanın resursları ciddi şəkildə tükənir. Ölkənin bank sektoru faktiki çöküşdədi.

Ard-arda banklar bağlanır. Mərkəzi Bank rəhbərliyi bununla bağlı Putini dəfələrlə xəbərdar edib. İkinci məsələ budur ki, Rusiya prosesdə ABŞ - nin vasiteciliyinə çox da isti baxmır. Moskva vəziyyəti tarazlaşdırmaq üçün Vaşinqtona Tehranla arasında vasitəçilik təklif etdi. Lakin ABŞ və İran Omanın vasitəçi ilə danışıqlara üstünlük verdi. Üçüncü məsələ isə Rusiyanın zaman qazanmaq istəyidir. Ortada olan 30 günlük atəşkəs təklifi var. Rusiya danışıqlar aparıldığı müddətdə var gücü ilə əməliyyatlara davam edəcək.

İstanbul danışıqlarında sülhün əldə edilməsi çox da inandırıcı deyil. Yalnız qısa müddətli atəşkəs imzalana bilər. Sülh üçün Rusiya özünün əsassız tələblərindən əl çəkməlidir. Moskva Krım, Donetsk, Luqansk, Xerson və Zaparojenin tamamilə federasiya ərazisi kimi tanınmasını istəyir. Ukraynada ağlı başında olan rəhbər buna razılaşmaz. Torpaqdan imtina bir dövlət üçün ölümdür. Faktiki vəziyyətlə barışsa belə Kiyev hüquqi olaraq 1 qarış torpağından belə imtina etməməlidir.

Zeynal Əmrəliyev, politoloq
Chosen
0
newscenter.az

1Sources