"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç mövsümün sonunda komandanı tərk edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xorvatiyalının "sarı-lacıvərdlilər"dən ayrılacağı dəqiqdir.
İstanbul klubu yayda yeni qapıçı transfer edəcək.
Livakoviç 2023-cü ilin yayında "Fənərbağça"ya transfer olunub. O, cari mövsüm 31 oyunun 9-da qapısını toxunulmaz saxlamağı bacarıb.