Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.
Â
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Â
Məlumata görə, məşhuru axtaran məhkəmə icraçıları onun Sankt-Peterburqdakı mənzilinə kommunal işçilərinin buraxılmasını tələb edirlər.
Â
Kommunal xidmət işçiləri müğənninin Soyuz Peçatnikov küçəsindəki mənzilinə girməyi planlaşdırırlar. Onlar evdə qeyri-qanuni tikinti prosesinin icra edilib-edilmədiyini yoxlamaq niyyətindədirlər.
Â
Qeyd edilir ki, Sankt-Peterburqun Admiralteysk rayonu administrasiyası iki ilə yaxın idi bu qərarın qəbuluna nail olmağa çalışırdı.
Â
Netrebko məhkəmənin tələbini yerinə yetirməyəcəyi halda hər ay 20 min rubl (400 manatdan çox) məbləğində cərimə tətbiq olunacaq.
Â
Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşıdır.
Â
Oxu.az