EN

Bu gün ABŞ-İran danışıqları davam edəcək

​BAKI, 11 may. TELEQRAF

Bu gün ABŞ və İranın yüksək səviyyəli nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, hər iki tərəf – Tehran və Vaşinqton uzunmüddətli mübahisənin diplomatik yollarla həll olunmasını üstün tutduqlarını bəyan etsələr də, əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalmaqdadır. Yeni nüvə sazişinə nail olmaq və mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün tərəflər bir sıra "qırmızı xətləri" aşmalı olacaqlar.

Danışıqların nəticələri regiondakı sabitlik və İran-Qərb münasibətlərinin gələcək istiqaməti baxımından həlledici rol oynaya bilər.

Chosen
0
teleqraf.com

1Sources