"Rusiya tərəfi Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etməyi təklif edir".
Referans xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirdiyi mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla fikir mübadiləsi aparacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək.
"Rusiya ciddi danışıqlara hazırdır. Danışıqlar zamanı atəşkəs haqqında razılaşmanı istisna etmirik. Rusiyanın danışıqlar təklifi masadadır, qərar Kiyev və onun kuratorlarına aiddir. Rusiya ümid edir ki, gec-tez Avropa ölkələri ilə münasibətlərin bərpası başlayacaq".
Putin həmçinin bildirib ki, Rusiya Tramp administrasiyası da daxil olmaqla, Ukrayna ilə sülh yolu ilə nizamlanmanın əldə edilməsində göstərdikləri köməyə görə vasitəçilərə minnətdardır.
Rusiya dövlət başçısı eyni zamanda, sentyabrda Çinə səfər edəcəyini təsdiqləyib.