EN

Kolumbiya Panamanın sabiq prezidentinə siyasi sığınacaq verdi

Bakı. Trend:

Kolumbiya hökuməti Panamanın keçmiş prezidenti RikardoMartinelliyə siyasi sığınacaq verib.

Trend xəbər verirki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi şənbə günü X sosialşəbəkəsində yayımladığı rəsmi bəyanatda məlumat verib.

Sənəddə qeyd olunur ki, Kolumbiya Prezidenti Qustavo PetroUrreqo Martinelliyə sığınacaq verilməsi barədə qərar qəbul edib vəbu qərar rəsmi şəkildə Panamanın hökumətinə çatdırılıb.

"Bu qərar insanların müdafiəsi prinsipinə və Kolumbiyanın siyasisəbəblərə görə təqib olunan şəxsləri qorumaq yönündə humanistənənəsinə əsaslanır", – bəyanatda vurğulanır.

Qeyd edək ki, Martinelli 2009–2014-cü illərdə Panama Prezidentiolub və son bir ildən artıq müddətdə Nikaraquanın Panamadakısəfirliyində gizlənirdi.

Chosen
0
5
az.trend.az

6Sources