“Arsenal”ın keçmiş qapıçısı, 55 yaşlı Yens Lemann 25 illik evlililikdən sonra Konni ilə rəsmən boşanıb.
Publika.az xəbər verir ki, münasibətlərinə hələ 1995-ci ildə başlayan cütlük üç uşaq böyüdüb.
Bu barədə futbolçunun keçmiş sevgilisi “Bild” nəşrinə müsahibəsindən deyib.
Keçən il birlikdə tətilə getsələr də, o deyib ki, bu, “münasibətdən çox, uşaqlar üçün idi”.
Qadın subay olmaqdan xoşbəxt olduğunu etiraf edib.