EN

ABŞ "Ueyk adasının qisasçıları"nı Yaponiyaya göndərdi

BAKI, 11 may. TELEQRAF

ABŞ beşinci nəsil F-35B qırıcılarından ibarət "Ueyk adasının qisasçıları" adlı eskadrilyanı Yaponiyada yerləşən İvakuni aviabazasına yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Dəniz Piyadaları Korpusu məlumat yayıb.

Təyyarələr Yaponiyanın Honsü adasının cənubunda yerləşən bazada dislokasiya olunmuş ABŞ aviaqrupuna əlavə olunacaq.

"Bu, Dəniz Piyadaları Korpusuna ABŞ və Yaponiya arasında qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik müqaviləsinin tələb etdiyi operativ hazırlığı təmin etməyə imkan verir", - bəyanatda deyilir.

Chosen
0
teleqraf.com

1Sources