EN

ABŞ Ukraynaya irimiqyaslı silah tədarükünü təsdiqlədi

ABŞ administrasiyası Ukraynaya irimiqyaslı silah paketinin təhvil verilməsinə icazə verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” rəsmi mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, buraya HIMARS və MARS II sistemləri üçün 125 uzaqmənzilli artilleriya raketi, həmçinin Patriot hava hücumundan müdafiə sistemləri üçün 100 tutucu raket daxildir. Zenit raketləri Almaniyadan tədarük ediləcək. Bu qərar əvvəlki tədarüklərlə bağlıdır - Ukrayna bundan əvvəl İsraildə saxlanılan 90-a yaxın Patriot raketi almışdı. Hərbi yardımın yeni tranşı Qərb müttəfiqlərinin Ukraynaya davamlı dəstəyini nümayiş etdirir.

Chosen
0
1
sia.az

2Sources