Fransa Prezidenti Emmanuel Makron Kiyevdə “istəklilər koalisiyası” çərçivəsində görüşdən sonra Ukrayna lideri Vladimir Zelenskini qucaqlayıb və yanağından öpüb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, görüntülərdə Makronun avtomobilə minməzdən əvvəl Zelenskinin kürəyinə mehribanlıqla vurduğu və yanağından öpdüyü əks olunur.
Fransa prezidenti də daxil olmaqla Avropa liderlərinin görüşü Ukraynaya dəstək məsələlərinə həsr olunub.
Qeyd edək ki, Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Keyr Starmer “ istəklilər koalisiyası”nın görüşü üçün Kiyevə səfər ediblər.