EN

Makron Zelenskini belə öpdü

Fransa Prezidenti Emmanuel Makron Kiyevdə “istəklilər koalisiyası” çərçivəsində görüşdən sonra Ukrayna lideri Volodimir Zelenskini qucaqlayıb və yanağından öpərək yola salıb.

Publika.az xəbər verir ki, onların səmimi vida görüntülərini Ukraynanın Strana.ua nəşri yayıb.

Vieoda Makron avtomobilə minməzdən əvvəl Zelenskinin kürəyinə mehribanlıqla vurduğu və yanağından öpdüyü əks olunur.

Fransa Prezidenti də daxil olmaqla Avropa liderlərinin görüşü Ukraynaya dəstək məsələlərinə həsr olunub.

Xatırladaq ki, Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Kir Starmer “ istəklilər koalisiyası”nın görüşü üçün Kiyevə səfər ediblər.

Chosen
0
1
publika.az

2Sources