EN

“İndi vəziyyətimiz yaxşıdır” - “Barselona”nın baş məşqçisi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın psixoloji durumu və “Real”a qarşı vacib oyun öncəsi əhval-ruhiyyəsi barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis mətbuat konfransında “İnter”ə uduzduqları Çempionlar Liqası matçından sonra indi vəziyyətlərinin yaxşı olduğunu deyib:

“Əlbəttə, “İnter”lə oyundan sonra bizim üçün asan olmadı. Amma indi vəziyyətimiz yaxşıdır. Mövsümü yüksək notla başa vurmağın nə qədər vacib olduğunu bilirik.

Qarşıda dörd oyunumuz var, o cümlədən “el-klasiko”. Hər birində “Barselona”nın nəyə qadir olduğunu göstərməliyik”.

La Liqanın 35-ci turunun “Barselona” – “Real” oyunu mayın 11-də keçiriləcək.

Kataloniya təmsilçisi hazırda 79 xalla turnir cədvəlinə başçılıq edir, “Real” isə dörd xal geridə ikinci pillədə qərarlaşıb.

Chosen
0
sportinfo.az

1Sources