EN

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazır olduğunu bildirdi


Şənbə günü “istəklilər koalisiyası” ilə Kiyevin tərəfdaşları arasında telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bildirib ki, Türkiyə Ukraynada mümkün atəşkəsə əməl etməyi təmin etməyə hazırdır. "İstəklilər koalisiyası"na daxil olan Britaniya, Fransa, Almaniya, Polşa və Ukrayna liderləri şənbə günü Kiyevdə görüşüblər.

Onlar ABŞ prezidenti Donald Trampın dəstəyi ilə qeyd-şərtsiz 30 günlük atəşkəsə razılaşıblar və prezident Vladimir Putin tələblərə əməl etməyəcəyi təqdirdə onu yeni “kütləvi” sanksiyalarla hədələyiblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan da koalisiyaya qoşulub və Türkiyənin Ukraynanın ərazi bütövlüyünə sadiqliyini vurğulayıb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Mənbə həmçinin qeyd edib ki, Fidan Ankaranın qeyd-şərtsiz atəşkəsə nail olmaq səylərinə dəstəyini ifadə edib və əlavə edib ki, Türkiyə Ukraynada atəşkəs əldə olunarsa, ona əməl edilməsini təmin etməyə hazırdır.

Məlum olduğu kimi,NATO üzvü Türkiyə 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri həm Kiyev, həm də Moskva ilə isti münasibətlərini qoruyub saxlayır. Türkiyə Rusiyaya qarşı sanksiyalara qarşı çıxmaqla yanaşı, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və ona hərbi yardım göstərir. Hələ mart ayında Türkiyənin Müdafiə Nazirliyi bildirmişdi ki, Ukrayna və Rusiya arasında atəşkəs elan olunarsa, Ukraynada potensial sülhməramlı missiyaya töhfə verə bilər. Ötən ay isə Ukrayna, İngiltərə, Fransa və Türkiyə hərbi rəsmiləri Ukrayna və Rusiya arasında mümkün atəşkəs razılaşmasından sonra Qara dənizdə təhlükəsizliyi müzakirə etmək üçün Türkiyədə bir araya gəlib.

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources