QAZAX, 10 may. TELEQRAF
Qazaxda 16 yaşlı yeniyetmə skuterdən yıxılaraq dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2009-cu il təvəllüdlü Vaqif Pərvanəyev skuter sürən zaman ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.
16 yaşlı yeniyetmə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma başlanılıb.