EN

Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim etdi

Bakı. Trend:

Vatikan yeni seçilmiş Roma Papası XIV Leonun rəsmi gerbinitəqdim edib.

Trend-inməlumatına görə, bu barədə Papa Evinin Prefekturası açıqlamayayıb.

Gerb iki hissəyə bölünmüş qalxan şəklindədir. Sol tərəfdə, mavifonda ağ zanbaq Tanrı Anasının saflığını və günahsızlığınısimvolizə edir. Sağ tərəfdə isə Avqustin ordeninin simvolu – alovlubir ürək təsvir olunub. Ürəyin içində bir kitab (İncil)yerləşdirilib və o, oxla deşilib – bu da Müqəddəs Avqustinəistinadən “Sən öz sözünlə ürəyimi vurdun” ifadəsini əksetdirir.

Gerbin altında Papa XIV Leo-nun seçdiyi deviz yer alıb: “Hamısıbir olsun”.

Ənənəyə uyğun olaraq, gerbdə iki çarpaz açar – səma və yersəltənətlərinin simvolu da əks olunub. Qeyd edək ki, XVIBenediktdən başlayaraq, papalar ənənəvi papa tacı (diadem)təsvirindən imtina ediblər. Onun yerini pontifiklərin geydiyi mitrə(uc formalı papaq) alıb və bu dəyişiklik XIV Leo-nun gerbində də özəksini tapıb.

Kardinallarla keçirilən səhər görüşündə Papa XIV Leo bildiribki, ad seçimində XIII Leo-ya istinad edilib – bu addım sosialməsələlərə diqqət çəkmək məqsədi daşıyır.

Chosen
0
4
az.trend.az

3Sources