EN

Hindistan və Pakistanın əməliyyatları dayandırıması...

Hindistan və Pakistan arasında atəşkəs razılaşmasını alqışlayırıq, bunun uzunmüddətli sülhə gətirib çıxaracağına ümid edirik.

Axar.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

“Baş katib Hindistan və Pakistan arasında hərbi əməliyyatların dayandırılması və gərginliyin azaldılması istiqamətində müsbət addım olan atəşkəs razılaşmasını alqışlayır. O ümid edir ki, saziş uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək və iki ölkə arasında uzun müddətdir davam edən problemlərin həllinə şərait yaratmağa kömək edəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Pakistan və Hindistan arasında atəşkəs barədə razılıq əldə edilib. Bir müddət öncə isə iki ölkə arasında atəşkəsin pozulduğuna dair görüntülər yayılıb.

Chosen
0
1
axar.az

2Sources