EN

Zelenskinin təklifinə Kremlin cavabı: Daha öncə Putin...

Kiyev rejimi Rusiya Prezidenti Vladimir Putinin ilkin şərtlər olmadan danışıqlara başlamaq təklifinə heç bir reaksiya verməyib, buna görə də vəziyyət bu baxımdan ziddiyyətli olaraq qalır.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

"Bildiyiniz kimi, Prezident Putin daha əvvəl bildirib ki, Rusiya tərəfi ilkin şərtlər olmadan danışıqlara başlamağa hazırdır, lakin Kiyev rejimi bu təklifə heç bir reaksiya verməyib, bu səbəbdən vəziyyət bu sahədə ziddiyyətli olaraq qalır", – deyə Peskov bildirib.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampa Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

Chosen
0
3
axar.az

10Sources