“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam, bu mənim yeni nömrəmdir” mesajı əslində dələduzlar tərəfindən göndərilə bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sosial media hesabları vasitəsilə şəxsi məlumatlar toplayan dələduzlar, həmin şəxsin adından yeni nömrə ilə əlaqə saxlayaraq pul, kod və ya digər həssas məlumatlar istəyə bilər.
Belə hallarda həmin şəxsin köhnə nömrəsi ilə birbaşa əlaqə saxlayaraq məlumatın doğruluğunu yoxlanması və heç bir şəxsi məlumat paylaşılmaması tövsiyə edilir.
Bu cür hallarla qarşılaşdıqda mesajı dərhal bloklamaq və “WhatsApp”a şikayət etmək məsləhət bilinir.