EN

Türkiyə XİN: Pakistan və Hindistan arasında atəşkəs qərarından məmnunuq

Türkiyə Pakistan və Hindistan arasında alınan atəşkəs qərarından məmnundur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, Ankara tərəfləri birbaşa və sağlam dialoq qurmaq üçün atəşkəsin yaratdığı bu imkandan maksimum istifadə etməyə çağırır.

“Cənubi Asiyada davamlı sabitliyi təmin etmək üçün terrorizmlə mübarizə də daxil olmaqla, oxşar gərginliklərin qarşısını alacaq dialoq mexanizmlərinin yaradılmasının zəruriliyi göz qabağındadır. Başda ABŞ olmaqla, atəşkəsə töhfə verən bütün ölkələrə təşəkkür etmək istərdik”, - deyə bəyanatda vurğulanıb.

Chosen
0
14
apa.az

10Sources