EN

Vətənə, xalqa həsr olunan ömür

Xalqımızın böyük oğlu, dünyaşöhrətli ictimai – siyasi xadim Ümumimilli Lider Heydər Əliyev 80 illik ömrü ilə tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutan nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.

Publika.az xəbər verir ki, mayın 8-də Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə Ulu Öndərimiz Heydər Əliyevin 102 illik yubileyi ilə bağlı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səfərova Mətanət və müəllim Xudaverdiya Sevdanın təşkilatçılıqları ilə şagirdlər tərəfindən hazırlanan “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompazisiya keçirilmişdir.

Tədbirdə ilk olaraq Ümumimilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütovlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hənifəyeva Nigar xanım bildirdi ki, Ulu Öndərin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərini mahiyyətinə görə iki qrupa ayırmaq mümkündür: quruculuq və xilaskarlıq. Hər iki missiyanın öhdəsindən ləyaqət və şərəflə gələn Ulu Öndər Heydər Əliyev dönməz əqidəsi ilə müasir Azərbaycanın şanlı tarixini yaradıb. Heydər Əliyev tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının formalaşmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyə çatmasına, Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur. Azərbaycanın bugünkü- möhkəm təməl əsasında inşa olunan dövlət müstəqilliyini Heydər Əliyevə borcluyuq.

Tədbirdə məktəbin həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin birlikdə hazırlamış olduqları, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dərin məzmunlu maraqlı məlumat və videoçarxlar, çıxışlar qonaqlara çatdırılmışdır.Videoçarxlar dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edir.

Chosen
0
publika.az

1Sources