EN

ETSN kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Axar.az xəbər verir ki, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Chosen
0
10
axar.az

10Sources