EN

Fransada “tibbi inqilab”: “Artıq kimin ölüb, kimin yaşayacağını dərisinin rəngi müəyyən edir”

Bugünlərdə Fransanın hüquq müdafiəçiləri rəsmi Parisin  öz vəətndaşlarına olan anti-insani münasibətini ifşa edən yeni və tükürpədici bəyanatla çıxış edib.

1500 xəstənin və mütəxəssisin ifadəsinə əsaslanan 68 səhifəlik hesabat hazırlayan hüquq müdafiəçiləri,  Fransada irqi ayrı-seçkiliyin bütün sferalarda olduğu kimi, tibbi sektorda da özünü açıq şəkildə göstərdiyini isbalayıb. Hesabatdan məlum olub ki, Fransa səhiyyəsi xəstələrə münasibətdə “ağ və qeyri-ağ” faktorunu əsas götürür. Belə ki, əgər tibbi xidmət üçün müraciət edən vətəndaşın dərisi ağ deyilsə, o zaman onun vəziyyəti nə qədər kritik olursa-olsun həkimlər ona tibbi yardım göstərməyə tələsmir, ilk növbədə ağdərili xəstələrin müalicəsinə baxılır.

İqtisadi-maliyyə vəziyyəti yüksək olmayan, əcnəbi mənşəli şəxslər də “ikinci kateqoriyalı xəstə” hesab edilir və onlar da tibbi xidmət təminatı sahəsində ayrı-seçkiliyə məruz qalırlar. Hesabat Afrika əsilli insanlar, həmçinin, müsəlmanların da dini-etnik mənsubiyyət səbəbilə ayrı-seçkiliyə məruz qaldığını göstərir.

Hesabatdan da göründüyü kimi, Fransa öz vətəndaşlarına münasibətdə belə ədalətli münasibət sərgiləmir, onları dini mənsubiyyətinə, etnik kimliyinə, dərisinin rənginə görə “çeşidləyir”, qrupara, kateqoriyalara bölür. Başqa sözlə desək, bu gün Fransada kimin ölüb, kimin yaşayacağını ilk növbədə dərisinin rəngi, etnik mənsubiyyəti həll edir. Bu, Fransa dövlətinin hər şeydən öncə öz vətəndaşlarına olan amansız və qeyri-insani münasibətini göstərir. Məlum həqiqət, həm də Fransanın digər xalqlara, o cümlədən Azərbaycana olan ədalətsiz və qeyri-adil münasibətinə aydınlıq gətirir. Sözügedən hesabara istinadən demək olar ki, öz xalqına qənim kəsilən, öz vətəndaşlarının hüquqlarını pozan və onları iqri-dini kimliyinə görə “sortlara” bölən rəsmi Parisin başqa xalqlara münasibətdə dürüst olması, ədalətli davranması mümkünsüzdür.

İnanmaq istəyirik ki, Makron rejiminin ölkə həyatına gətirdiyi bu eybəcər yenilik nə zamansa ortadan qalxacaq və Paris heç deyilsə öz vətəndaşlarına münasibətdə ədalətli olmağı bacaracaq.

Seymur ƏLİYEV

 

Chosen
0
moderator.az

1Sources