Şəkidə yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
“Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu