Pakistan və Hindistan ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra tam və dərhal atəşkəsə nail olublar.
Heftelik.az-ın məlumatıəna görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Pakistanın xarici işlər naziri İshaq Dar da Hindistanla atəşkəs əldə edildiyini təsdiqləyib:
“Bu, qismən razılaşma deyil, daha çox iki ölkə arasında tam atəşkəsdir”.
Pakistanın xarici işlər naziri qeyd edib ki, atəşkəs dərhal qüvvəyə minir.