EN

"Real" ulduzları hədəfə aldı: Onları pulsuz transfer edə biləcək?

“Real” heyətinə yeni mərkəz müdafiəçisi qatmaq üçün pul xərcləməyə hazır deyil.

Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub “Liverpul”dan İbrahima Konate və “Arsenal”dan Vilyam Saliba ilə maraqlanır. Lakin hər iki futbolçunun transfer qiyməti 100 milyon avro civarındadır. “Real” bu qədər vəsait ayırmağı planlaşdırmır.

Bunun əvəzinə, Madrid təmsilçisi həmin oyunçuların müqavilələrinin başa çatmasını gözləmək və onları azad agent kimi heyətinə qatmaq niyyətindədir. Konatenin “Liverpul”la müqaviləsi 2026-cı ilə, Salibanınkı isə “Arsenal”la 2027-ci ilə qədər qüvvədədir.

Chosen
0
publika.az

1Sources