EN

Ulu Öndər Heydər Əliyev xalqı sınaqlardan çıxaran, gələcəyə inam aşılayan dahi şəxsiyyət idi - Azər Qarayev

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin adı sadəcə bir siyasətçinin yox,xalqın xilaskarı və dövlət qurucusunun simvoludur. Onun zənginhəyatı, siyasi fəaliyyəti və Azərbaycan üçün gördüyü əvəzsiz işlərbu gün də xalqın qürurla xatırladığı tarixdir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadanolub. O, hələ gənc yaşlarından elmə, təhsilə və ictimai həyatamaraq göstərərək fərqlənib. 1939-cu ildə Naxçıvan PedaqojiTexnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun(indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıqfakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanmasıona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan MuxtarRespublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsininməxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq KomissarlarıSovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. Artıq 1944-cüilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.Hər bir uğurlu liderin həyatında zəhmət, iradə və vətən sevgisimühüm yer tutur. Heydər Əliyevin həyat yolu da məhz bu amillərləzəngin idi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçiliktarixindəki misilsiz xidmətlərindən biri də onun SSRİ DövlətTəhlükəsizlik Komitəsində (DTK) keçdiyi 25 illik şərəfli fəaliyyətdövrüdür. Bu illər ərzində o, təkcə təhlükəsizlik sahəsində yüksəkpeşəkarlıq nümayiş etdirməyib, eyni zamanda, milli kadrlarınhazırlanması, yetişdirilməsi və strateji dövlət strukturlarındayerləşdirilməsi sahəsində əvəzsiz işlər görüb.

1960-1970-ci illərdə SSRİ miqyasında milli respublikalarda, ocümlədən, Azərbaycanda təhlükəsizlik orqanlarında yerli millətlərinnümayəndələrinin sayı çox aşağı idi. Mərkəzi hakimiyyətin siyasətinəticəsində milli kadrların irəli çəkilməsi məhdudlaşdırılır, mühümvəzifələrə, əsasən, rus, erməni və digər qeyri-azərbaycanlı kadrlartəyin olunurdu. Heydər Əliyev bu tendensiyanı dəyişmək üçünməqsədyönlü şəkildə fəaliyyətə başladı. O, kadr siyasətiniprioritet məsələlərdən birinə çevirərək, azərbaycanlı gənclərintəhlükəsizlik orqanlarında təmsilçiliyini artırmaq üçün sistemliproqram həyata keçirdi", - o bildirib.

Onun sözlərinə görə, Ulu Öndər, milli təhlükəsizlik kadrbazasının formalaşdırılması üçün gənc, bacarıqlı və savadlıazərbaycanlı abituriyentləri SSRİ-nin Moskva, Kiyev, Leninqrad,Minsk və digər şəhərlərində yerləşən ixtisaslaşmış ali məktəblərə –əsasən hüquq və təhlükəsizlik profilli institutlara göndərilməsinitəmin etdi. Bu təhsil müəssisələri DTK, hüquq-mühafizə və digər gücstrukturlarının gələcək rəhbər heyətinin yetişdirildiyi mərkəzləridi.

"Həmin gənclər institutu bitirdikdən sonra birbaşa olaraq SSRİDTK-nın müxtəlif şəhərlərində təcrübə keçmək, xidmət etməkməqsədilə yerləşdirilirdilər. Onların bəziləri Moskvada, DTK-nınmərkəzi aparatında xidmət edərək daha yüksək bilik və bacarıqlarayiyələnirdilər. Heydər Əliyev bu gənclərin xidmət və təcrübədövrünə xüsusi nəzarət edirdi.

Onların fəaliyyətini izləyir, irəliləyişlərinə dəstək verir,lazım gəldikdə isə şəxsən tövsiyə və tapşırıqlar verirdi. Təlim vətəcrübə mərhələsini uğurla başa vuran azərbaycanlı mütəxəssislərsonradan respublikaya qaytarılaraq DTK-nın Azərbaycan bölməsindəmühüm vəzifələrə təyin edilirdi. Bu, həm təhlükəsizlik sistemindəmilli maraqların təmininə, həm də milli kadrların dövlətçiliyəsədaqət ruhunda formalaşmasına şərait yaradırdı.

Heydər Əliyevin həyata keçirdiyi kadr siyasətinin əsas məqsədiAzərbaycanın təhlükəsizliyini yalnız xarici təhdidlərə qarşıqorumaq deyildi – o, eyni zamanda milli kadr potensialını artıraraqAzərbaycanın gələcək müstəqilliyi üçün möhkəm intellektual vəpeşəkar bazanı formalaşdırırdı. Bu sistemli siyasətin nəticəsində1970-80-ci illərdə Azərbaycanın təhlükəsizlik orqanlarında peşəkarvə vətənpərvər azərbaycanlılar yüksək vəzifələrə irəli çəkildi.Onların bir çoxu sonradan müstəqillik dövründə də dövlətin mühümstrukturlarında xidmətlərini davam etdirdi.

Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsindəkifəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur.Onun uzaqgörən kadr siyasəti, milli maraqları önə çəkən yanaşmasıvə milli kadr potensialının gücləndirilməsi üçün atdığı addımlarmüstəqil Azərbaycanın təhlükəsizlik sisteminin təməlini təşkiletdi. Bu gün Azərbaycan güclü təhlükəsizlik orqanlarına, peşəkar vəvətənpərvər kadrlara malikdirsə, bu, məhz Ulu Öndər Heydər Əliyevinvaxtilə atdığı strateji və düşünülmüş addımların məntiqinəticəsidir", - o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Kommunist Partiyası MərkəziKomitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda HeydərƏliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birincikatibi seçildi.

"Bu illər Azərbaycan üçün mühüm iqtisadi və sosial inkişaf dövrüoldu. Sənaye müəssisələri quruldu, kənd təsərrüfatı inkişafetdirildi, təhsil və səhiyyə sistemində ciddi irəliləyişlər əldəolundu. Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncSSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. O, xalqınıngələcəyini elmli, savadlı və milli dəyərlərə bağlı gənclərinyetişməsində görürdü", - o bildirib.

A.Qarayevin sözlərinə görə, 1982-ci ildə siyasi Büronun üzvüseçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavinivəzifəsinə təyin edilib.

"Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosialvə mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Bu, təkcəHeydər Əliyev üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük uğuridi. O, Moskvada çalışdığı dövrdə də daim Azərbaycanı diqqətdəsaxlayır, respublikaya yeni imkanların açılması üçün çalışırdı.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı KommunistPartiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katibMixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğuvəzifələrdən istefa verdi. Bu addım, onun xalqına sadiq liderolduğunun növbəti və bariz sübutu idi", - o bildirib.

Politoloq qeyd edib ki, 1990-cı il yanvarın 20-də sovetordusunun Bakıda törətdiyi qırğınla bağlı Heydər Əliyev MoskvadakıAzərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin hərbimüdaxiləsini qətiyyətlə pislədi. Bu, böyük cəsarət tələb edən addımidi.

"Həmin ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcədoğma Naxçıvanda siyasi fəaliyyətini davam etdirdi. İlk növbədəAzərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı, dahasonra isə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədriseçildi və bölgənin qısa zamanda sabitliyə qovuşmasında mühüm roloynadı. 1993-cü ildə isə ölkə dərin siyasi, iqtisadi və hərbiböhran içində boğulduğu zaman xalqın təkidli tələbi ilə Bakıyadəvət edildi. Həmin il iyun ayında hakimiyyətə qayıdışı ilə ölkədəsabitlik və inkişafa doğru dönüş başlandı.

Heydər Əliyevin 1993-cü ildən sonra həyata keçirdiyi islahatlarAzərbaycanın müstəqilliyini möhkəmləndirdi, beynəlxalqmünasibətlərdə nüfuzunu artırdı və iqtisadi dirçəlişə təkan verdi.O, “Əsrin müqaviləsi” adlandırılan neft sazişi ilə Azərbaycanıbeynəlxalq enerji xəritəsinə çıxardı, bu isə, öz nəvbəsində,ölkənin gələcək inkişafına çox böyük tək verdi", - o bildirib.

Bundan əlavə, A.Qarayev bildirib ki, Heydər Əliyevin rəhbərliyiilə 1995-ci ildə qəbul edilən yeni Konstitusiya hüquqi vədemokratik dövlət quruculuğunun təməlini qoydu.

"Ordu quruculuğu, dövlət institutlarının təşkili, iqtisadiyyatınliberallaşdırılması kimi fundamental addımlar onun dövlətçiliyəolan yüksək baxışının göstəricisidir. Eyni zamanda, milli-mənəvidəyərlərin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi,təhsil və səhiyyə sisteminin yenidən qurulması da onunfəaliyyətində xüsusi yer tuturdu. O, hər bir sahəyə vətəndaşmövqeyi ilə yanaşır, xalqın rifahını ən ali məqsəd kimi görürdü.Ulu öndərin siyasətində gənclər də xüsusi yer tuturdu.

O, gənclərə həmişə xüsusi diqqət yetirib. Ulu öndər HeydərƏliyev, onların vətənpərvər ruhda, savadlı və müasir düşüncəliyetişməsini təmin etdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyininyaradılması, 1996-cı ilin “Gənclər ili” elan edilməsi və 2 fevralınGənclər Günü kimi təsis olunması bu siyasətin bariz nümunələridir.O, eyni zamanda gənclərin xarici ölkələrdə təhsil almasına,müxtəlif beynəlxalq proqramlarda iştirakına geniş imkanlaryaratdı", - o bildirib.

A.Qarayev qeyd edib ki, Heydər Əliyev təkcə bir lider vəprezident deyildi, o, xalqı ilə bir olub onu sınaqlardan çıxaran,gələcəyə inam aşılayan dahi şəxsiyyət idi.

"Tarixin ən çətin məqamlarında xalqının yanında oldu, onusınaqlardan uğurla çıxardı, sabaha olan ümidləri reallığa çevirdi.Onun rəhbərliyi ilə Azərbaycan yalnız müstəqilliyini qoruyubsaxlamaqla kifayətlənmədi, həm də onu möhkəmləndirdi, regionunlider dövlətinə çevrildi. O, xalqın taleyini öz taleyi kimi qəbuletdi, hər bir azərbaycanlının rifahı və xoşbəxtliyi naminəçalışdı.

Heydər Əliyevin millətə bağlılığını ən parlaq şəkildə ifadə edənfikirlərindən biri – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxredirəm ki, mən azərbaycanlıyam!” – artıq milyonlarla insanınqəlbində dərin kök salan milli fəlsəfəyə çevrilib. Bu sözlər sadəcəbir ifadə deyil, bütöv bir ideologiyanı, milli özünüdərk və vətənəsevgi hissini əks etdirən güclü çağırışdır. Ulu öndərin bu kəlamıhər bir azərbaycanlının kimliyini, mənəvi birliyini və milliqürurunu təcəssüm etdirir", - politoloq əlavə edib.

Chosen
0
1
az.trend.az

2Sources