EN

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTOLAR

İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad edilib, məzarı önünə güllər qoyulub.

Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun zəngin siyasi irsi, strateji inkişaf ideyaları və müdrik idarəçilik təcrübəsi hər birimiz üçün daim örnək olacaq.

Chosen
0
3
sia.az

4Sources