EN

Ulu Öndər Heydər Əliyevin xatirəsi Fəxri xiyabanda ehtiramla yad edilib

Bakı, 10 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Chosen
0
3
azertag.az

4Sources