EN

Mənə silah verdilər, dedilər, Mirzoyan ölüb - Simonyandan müharibə ilə bağlı şok 

“9 noyabr 2020-ci ildə cəhənnəmdə idim, o vaxt Rusiyada idim və dedim: “Mən gedib kiminsə ayağına yıxılmalıyam ki, müharibə dayansın”. 

Ölkə.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan “Deep taks” proqramında deyib.

Simonyan bildirib: "Noyabrın 8-də mehmanxanada idim və öyrəndim ki, artıq müzakirə olunan mətn var. Sonra həmin taleyüklü gecə telefonumu yandırıb baxdım. Sonra Araratın (o vaxt parlamentin spikeri, indi Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan nəzərdə tutulur-red.) öldürüldüyü barədə şayiə eşitdim. Sonra dostlarımdan biri zəng edib dedi: "Hoteldən çıx, ora təhlükəsiz deyil, arxanca göndərirəm”. 

Lakin mən imtina etdim. Moskvada dostlarım qəfil hücuma məruz qalacağımdan ehtiyat edib mənə silah verdilər”.

O, noyabrın 12-də Ermənistana qayıtdığını bildirib.

"Biz ölkəni itirə bilərdik, cəhənnəmə düşmüşdük", - parlamentin spikeri qeyd edib

Mürtəza
Ölkə.az

Chosen
0
olke.az

1Sources