“Yuventus” “Napoli”nin hücumçusu Viktor Osimheni transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Turin klubu nigeriyalı futbolçu üçün 85 milyon avro ödəməyə hazırdır. Mənbənin bildirdiyinə görə, Osimhenə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da maraq göstərir.
Hazırda Osimhen icarə əsasında “Qalatasaray”da çıxış edir. Bu mövsüm hücumçu bütün turnirlərdə 37 oyunda iştirak edib, 33 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.