Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qəza Çanaqqala-Ezine avtomobil yolunda baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib. Xəsarət alanların sayı isə dəqiqləşdirilir.
Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb edilib.\\Axar.az