EN

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolunda baş verib.

 

İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib. Xəsarət alanların sayı isə dəqiqləşdirilir.

 

Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Chosen
0
8
sfera.az

10Sources