EN

Kim Çen In “qardaş” Rusiyanı müdafiə edəcəyinə söz verib: Əmri tərəddüdsüz verəcəyəm!

Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In “qardaş” Rusiyanı “Amerika və Qərb nökərləri”ndən müdafiə edəcəyini vəd edib.

Sherg.az xəbər verir ki, Şimali Koreya lideri bəyan edib ki, Şimali Koreya Silahlı Qüvvələrindən istifadə etmək barədə əmrini tərəddüdsüz verəcək.

"KCNA" xəbər agentliyi Kim Çen Inın sözlərindən belə sitat gətirib:

“Əgər biz Ukrayna kuklalarının nüvə dövlətinin (Rusiyanın) ərazi bütövlüyünə qarşı açıq-aşkar hərbi hərəkətlərinə göz yumsaq, onlar nəticədə daha düşüncəsiz addımlar atmağa cəsarət edə bilərlər. Bu halda belə bir məsuliyyətsizliyə Amerika nökərlərinin başında gələnlər – yəni Seulun hərbi qüvvələri də qoşula bilər.”
Chosen
0
36
sherg.az

10Sources