EN

Hindistanın Kəşmirə zərbələri nəticəsində 13 mülki şəxs həlak oldu

Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsinə Hindistanın endirdiyi zərbələr nəticəsində azı 13 mülki şəxs həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın aidiyyəti qurumlarına istinadla “Reuters” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hücumlar zamanı 50-dən çox insan xəsarət alıb.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Pakistan buna cavab olaraq, səhər saatlarında Hindistana qarşı “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Chosen
0
sherg.az

1Sources