Məlumata görə, "Raven" sistemləri köhnəlmiş, qısa mənzilli "hava-hava" sinfinə aid Asraam raketlərindən istifadə edir və yüksək keçid qabiliyyətli "Supacat" avtomobillərinə quraşdırılır. Bu silah növü 2022-ci ildə hazırlanıb və o vaxtdan etibarən Ukraynada pilotsuz uçuş aparatları və qanadlı raketlərlə mübarizədə mütəmadi istifadə olunub.
Qəzet əlavə edir ki, Britaniya yaxın günlərdə bu sistemlərin təkmilləşdirilmiş versiyalarını Ukraynaya göndərəcək.
Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə Qərbin Ukraynaya silah göndərməsinin və hərbi təlimlərə dəstək verməsinin münaqişəni yalnız uzatdığını və döyüş meydanında vəziyyəti dəyişmədiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31