EN

"Azərbaycanın Ermənistan tərəfindən bəlli gözləntiləri var" - XİN rəhbəri

Ajans.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Bu istiqamətdə prosesləri izləyirik, təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir. "Bildiyimiz kimi delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə komissiyalar mövcuddur. İşlər davam edir və düşünürəm ki, orada təmaslar olacaq. Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik".

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
0
1
Ajans.az

3Sources