EN

Fransa, Almaniya, Britaniya və Polşa liderləri Kiyevə yollandılar

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Keir Starmer və Polşanın baş naziri Donald Task Avropa ölkələrinin tezliklə Amerikanın təşəbbüsü kimi öz atəşkəs təşəbbüsü ilə çıxış etmək niyyətində olduqları barədə xəbərlər fonunda Kiyevə gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın "Public. News" nəşri məlumat yayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Kiyevdə danışıqlar istəyənlərin koalisiyası adlanan qurum çərçivəsində aparılacaq. Görüşün digər təfərrüatları hələlik məlum deyil.

Mayın 9-da Merz bildirib ki, Aİ üzvləri ABŞ prezidenti Donald Trampın Ukraynada 30 günlük atəşkəs təklifinə bənzər kommünike layihəsi hazırlayıblar. Yaxın vaxtlarda təqdimatının keçirilməsi planlaşdırılır.

Kiyevdə keçiriləcək görüşdə ABŞ nümayəndələrinin iştirakı gözlənilmir. Eyni zamanda, Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak daha əvvəl bildirmişdi ki, mayın 8-də Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı 30 günlük atəşkəs təşəbbüsü müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
turkustan.az

1Sources