EN

İnfeksionistdən xəbərdarlıq: Uşağınızda bu virusun əlamətləri ola bilər

Hazırda mövsümi dəyişikliklərlə əlaqədar hava-damcı yolu ilə yayılan xəstəliklərin sayı artmaqdadır. Bu xəstəliklərdən biri də əsasən azyaşlı uşaqlarda müşahidə olunan suçiçəyidir. Paytaxtdakı orta məktəb və bağçalarda suçiçəyinə yoluxma hallarında artım müşahidə olunur. Lakin bəzi hallarda suçiçəyi və “Koksaki” virusu oxşar əlamətlərə görə bir-biri ilə qarışdırıla bilər. Bəs "Koksaki" virusu nədir?
Bu barədə Moderator.az-a açıqlamasında infeksionist Aytəkin Əliyeva bildirib ki, “Koksaki” virusu, enteroviruslar ailəsinə aid olan və əsasən uşaqlarda rast gəlinən yoluxucu bir virusdur:
“Bu virus ilk dəfə 1948-ci ildə ABŞ-ın “Koksaki” (Coxsackie) şəhərində aşkar edildiyinə görə həmin adla tanınmağa başlamışdır. “Koksaki” virusları “A” və “B” qruplarına bölünür və hər iki növ müxtəlif klinik əlamətlər və fəsadlarla xarakterizə olunan xəstəliklərə səbəb ola bilər. Virusun ən çox yayılan forması “əl-ağız-ayaq” xəstəliyidir ki, bu da əsasən azyaşlı uşaqlarda rast gəlinir və yüngül keçən, lakin olduqca yoluxucu bir infeksiya hesab olunur. Bəzi hallarda isə “Koksaki” virusu ürək əzələsinin iltihabı (miokardit), beyin qişalarının iltihabı (meningit) kimi ciddi fəsadlara da səbəb ola bilər. Xüsusən kiçik yaşlı uşaqlar arasında -  3 -10 yaş arasında yayılır və ən çox payız- yay aylarında təsadüf edilir. Virus hava damcı yolu ilə, öskürək və asqıraq yolu ilə və və həmçinin çirklənmiş səthlər və əşyalara toxunduqlar yayıla bilir. Bu xəstəliyə həmçinin əl, ayaq, ağız xəstəliyi deyilir. Adından qeyd edilmiş nahiyələrdə səpki qızartı və bununla yanaşı, halsızlıq, hərarət kimi əlamətlərdə müşahidə olunur. Əgər ağırlaşmalar olmasa, 3-5 gün ərzində simptomatik müalicə ilə keçir. Yəni xüsusi müalicəsi yoxdur. Ancaq simptomatik müalicə ilə sağalma baş verir. Suçiçəyi ilə “Koksaki” virusunun differensialı müqayisəsində suçiçəyi mütləq başın tüklü hissəsində təsadüf olunur. Suçiçəyi bədənin bütün hissələrində yayılır və fizika pavilyos səpkiləri ilə müşahidə olunur. Əksinə, “Koksaki” virusu isə əl, ayaq və ağız nahiyəsində səpkilərlə üzə çıxır”.
 
Mehin Mehmanqızı
 
Chosen
0
8
moderator.az

8Sources