EN

Azərbaycan şahmatçısı liderləri izləməkdə davam edir

Özbəkistanın Karşi şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Vüqar Rəsulov da çıxış edir.

Yeddi turdan sonra o, beş xal toplayaraq beşinci yerdə qərarlaşıb.

Rəsulov ötən turda Saparmirat Atabayevlə (Türkmənistan) heç-heçə oynayıb və hazırda liderlərdən yarım xal geri qalır.

Turnirdə yeddi ölkədən 37 şahmatçı çıxış edir.

İdman.biz

Chosen
0
idman.biz

1Sources