Bakı. Trend:
Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasənİngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlliolub.
Trend xəbər verir ki,"Liverpul"un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib.
Misirli vinger üçüncü dəfə bu mükafata layiq görülüb. 32 yaşlıoyunçu 2017/18 və 2021/22 mövsümlərində də eyni mükafatı alıb.
Qeyd edək ki, Məhəmməd Salahın formasını geyindiyi "Liverpul"İngiltərə çempionluğunu rəsmiləşdirib.
32 yaşlı futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda28 qol vurub, 18 qol ötürməsi edib.
Forvard 2017-ci ildən "Liverpul"un formasını geyinir.