Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
10Sources
-
news24.azSabah 31 dərəcə isti olacaq ( 17157155)
-
apa.azSabah 31 dərəcə isti olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq ( 17157596)
-
apa.azSabah dağlıq ərazilərdə sulu qar yağacaq ( 17157551)
-
azertag.azSabaha olan hava proqnozu açıqlanıb ( 17157485)
-
mynews.azSabah 31 dərəcə isti olacaq ( 17157476)
-
far.azSabah 31° isti olacaq - PROQNOZ ( 17156795)
-
7news.azSabah 31 dərəcə isti olacaq ( 17156798)
-
turkustan.azLeysan, dolu, sulu qar - Sabahın HAVASI ( 17156756)
-
yenisabah.azSabah hava necə olacaq: AÇIQLANDI ( 17156738)
-
moderator.azSabahın hava proqnozu AÇIQLANDI ( 17156573)