EN

Pakistan: Hindistanın aerodromu məhv edildi

Pakistan Silahlı Qüvvələri Hindistanın Sirsa şəhərində yerləşən aerodromu məhv edib. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə ordunun ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.


"Hindistandakı Sirsa aerodromu dağıdılıb. Məhv edilmə faktını Hindistan mediası da təsdiqləyib", - xidmətin bəyanatında deyilir.


Mayın 10-na keçən gecə Pakistan Hindistana qarşı "Bunyan-um-Marsus" adlı hərbi əməliyyata başlayıb və bunun Yeni Dehlinin son zərbələrinə cavab olduğu bəyan edib. Rəsmi İslamabad Hindistanın hava bazalarını və raket obyektlərini əsas hədəfləri adlandırıb. Bu, iki nüvə dövləti arasında onilliklərin ən böyük eskalasiyasıdır.

Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.


22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural

Chosen
0
7
news365.az

10Sources