Pakistan öz hava məkanını müvəqqəti bağladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə Pakistan Hava Limanları İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, Pakistan Hindistanın zərbələri ilə əlaqədar təhlükəsizlik məqsədilə 03:15-dən (Bakı vaxtı ilə 02:15) 12:00-dək (Bakı vaxtı ilə 11:00) hava məkanını bütün uçuşlar üçün bağlayıb.