EN

“Metallica”nın konserti zəlzələyə səbəb olub

Amerikanın “Metallica” rok qrupunun ABŞ-ın Virciniya ştatının Bleksburq şəhərində verdiyi konsert zəlzələyə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Fox” məlumat yayıb.

“Metallica” yerli futbol stadionunda səhnəyə çıxıb. “Enter Sandman” mahnısının introsunun ifası zamanı 60 min tamaşaçının eyni anda tullanmağa başlayıb və bu, zəlzələyə səbəb olub.

Bunu “Virginia Tech” seysmoloji rəsədxanası (VTSO) təsdiqləyib. Belə ki, təkanların pik nöqtəsi mahnının başlanğıcı ilə üst-üstə düşüb.

Rəsədxananın direktoru Martin Çapman əlavə edib ki, yeraltı təkanlar stadiondan təxminən bir yarım kilometr aralıda yerləşən seysmoqraf tərəfindən qeydə alınıb.

Chosen
0
report.az

1Sources