EN

İranın xarici işlər naziri Papa XIV Leo-ya təbrik məktubu ünvanladı

İranın xarici işlər naziri Abbas Əraqçı dünya katoliklərinin yeni lideri seçilmiş Roma Papası XIV Leo-ya təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda Əraqçı mərhum Papa Fransiskə dərin ehtiramını ifadə edib və Papa XIV Leo-nun seçilməsinin ədalət, insan ləyaqəti, sülh və əmin-amanlığın təşviqi üçün mühüm bir fürsət olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, XIV Leo katolik dünyasının yeni dini lideri seçilib. 

 

Musavat.com

Chosen
0
50
musavat.com

10Sources