Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Volfsburq” doğma meydanda “Hoffenhaym”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
33-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
33-cü tur
9 may
Volfsburq – Hoffenhaym 2:2
Qollar: Estiqor, 1-öz qapısına. Vind, 81 – Kaderabek, 34. Bulter, 84.
10 may
17:30. Boxum – Maynts
17:30. Holştayn – Frayburq
17:30. Union Berlin – Haydenhaym
17:30. Verder – Leypsiq
20:30. Bayern – Borussiya (Mönhenqladbax)
11 may
17:30. Bayer – Borussiya (Dortmund)
19:30. Ayntraxt – Sankt Pauli
21:30. Ştutqart – Auqsburq