Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.
O bildirib ki, Yaxın Şərqdə müharibə genişlənə bilər.
“Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”, - deyə H.Fidan söyləyib.