Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Referans-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
XilasedicilÉ™r bÉ™dÉ™n xÉ™sarÉ™tlÉ™ri alan 1963-cü il tÉ™vÉ™llüdlü E.Abbasovaya müvafiq kömÉ™klik göstÉ™rÉ™rÉ™k dÉ™rÉ™dÉ™n tÉ™xliyÉ™ edib vÉ™ tÉ™cili tibbi yardım briqadasına tÉ™hvil veriblÉ™r. Â