EN

"Panasonic"10 000 işçini ixtisar edəcək

Panasonic Holdings korporativ yenidənqurma çərçivəsində 10 000 işçini ixtisar etməyi, həmçinin məişət texnikası, kondisioner və işıqlandırma ilə məşğul olan Panasonic törəmə şirkətini ləğv edib, bir neçə digər müəssisəyə bölməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, NHK televiziyasının məlumatına görə, ixtisarlar Yaponiyanın özündə 5000, xaricdə isə eyni sayda insanı əhatə edəcək.

NHK qeyd edir ki, ixtisarlar əsasən satış və inzibati departamentlərə təsir edəcək.

1Sources