EN

Tramp Konqresin kitabxanaçısını səbəb göstərmədən vəzifəsindən azad edib

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib.

7News.Az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, K.Hayden vəzifəsindən azad edilməsi barədə bildirişi elektron poçt vasitəsilə alıb.

Ağ Evin Kadrlar İdarəsinin göndərdiyi elektron məktubda deyilir:

"Karla, Prezident Donald Trampın adından sizə xəbər verirəm ki, sizin Konqresdəki kitabxanaçı vəzifəniz bu gündən fəaliyyətini dayandırır. Xidmətinizə görə təşəkkür edirik".

Qeyd edək ki, K.Heyden 2016-cı ildə bu vəzifəyə təsdiq edilib. O, Konqresin ilk qadın və ilk afroamerikalı kitabxanaçısı olub.
 

Chosen
0
1
7news.az

2Sources